“Qəzza yer üzündən silinməlidir” - Deputatdan qalmaqallı paylaşım
    • 2-11-2023, 11:58
    • 194

“Qəzza yer üzündən silinməlidir” - Deputatdan qalmaqallı paylaşım

İsrailin Qəzzaya intensiv hücumları davam edərkən, İsrailin hakim Likud partiyasından olan millət vəkili Qalit Distel Atbaryan qalmaqallı açıqlama verib. Atbaryan sosial media hesabındakı paylaşımında “Qəzza yer üzündən silinməlidir” deyə qeyd edib.

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

Galit Distel Atbaryan X sosial media hesabında verdiyi açıqlamada blokadada olan Qəzza zolağında etnik təmizləməyə çağırış edib.

İordan çayının qərb sahilindəki fələstinliləri "nasist" olaraq xarakterizə edən və onlar üçün "atəş və tüstü" arzulayan İsrailli millət vəkili qisasçı və qəddar İsrail ordusuna ehtiyac var” -deyə, o fikirlərini sonlandırıb.

Ülkər Abdurahmanlı