Məşhur aparıcı yol qəzası keçirdi - VƏZİYYƏTİ...
    • 4-11-2023, 10:01
    • 161

Məşhur aparıcı yol qəzası keçirdi - VƏZİYYƏTİ...

Televiziya proqramçısı və aparıcısı Metin Uca sosial media hesabındakı paylaşımında yol qəzası keçirdiyini açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

Paylaşımda qeyd olunub:

“Əziz dostlarımız, menecerim ilə Bursaya tədbirə gedərkən huşumu itirmə nəticəsində ağaca çırpılaraq dayandım. Xəstəxanada ilk müayinə zamanı bildim ki, mənim boynumdakı yuxu arteriyaları bağlanıb və qəza bunun yaratdığı vəziyyətə görə baş verib”- deyə, payıaşımda qeyd olunub.

Ülkər Abdurahmanlı