TƏCİLİ!!! Fransa bu ölkə ilə  600 milyon dollarlıq MÜQAVİLƏ İMZALADI - MƏQSƏDİ...
    • 4-11-2023, 15:06
    • 158

TƏCİLİ!!! Fransa bu ölkə ilə 600 milyon dollarlıq MÜQAVİLƏ İMZALADI - MƏQSƏDİ...

Nigeriya və Fransa rəqəmsal və yaradıcı təşəbbüslərə investisiya proqramı çərçivəsində 600 milyon dollarlıq müqavilə imzalayıb.

News24.az xəbər verir ki, bu barədə “Ntv haber” məlumat yayıb.

Rəqəmsal və yaradıcı təşəbbüslərə investisiya proqramı çərçivəsində sazişi Nigeriyanın Rabitə, İnnovasiya və Rəqəmsal İqtisadiyyat naziri Bosun Tijani və Fransa Xarici İşlər Naziri Ketrin Kolonna imzalayıb.

Tijani və Colonna proqramın gənc nigeriyalılara müsbət təsir göstərəcəyini və davamlı məşğulluq imkanlarının yaradılmasına töhfə verəcəyini vurğulayıblar.

Tijani bəyan edib ki, Nigeriya hökuməti Fransa hökumətinin ölkə iqtisadiyyatının böyüməsini təşviq etmək səyləri çərçivəsində onlarla əməkdaşlıq qərarını alqışlayır.

Ülkər Abdurahmanlı