Niderland təmsilçisi müsabiqədən kənarlaşdırıldı
    • 11-05-2024, 15:45
    • 263

Niderland təmsilçisi müsabiqədən kənarlaşdırıldı

2024 Avroviziya Mahnı Müsabiqəsinin finalına saatlar qalmış Niderlandi təmsil edən Joost Klein-in müsabiqədən kənarlaşdırıldığı açıqlanıb.

News24.az xəbər verir ki, “Eurovision” təşkilatçıları tərəfindən verilən açıqlamada Hollandiya təmsilçisi Kleinin komanda üzvünə qarşı davranışının “müsabiqə qaydalarının pozulması” kimi qiymətləndirildiyi bildirilib.

"Biz yarışmada iştirak edən bütün işçilər üçün təhlükəsiz iş mühiti təmin etmək öhdəliyimizə sadiqik", - Kleinin final müsabiqəsindən diskvalifikasiya edildiyini bildirən bəyanatda deyilir. 

Günel Məlikzadə