Annalena Berbok:
    • 4-11-2023, 18:48
    • 251

Annalena Berbok: "Almaniya Brüssel platformasını dəstəkləyir"

Almaniya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyir.

News24.az xəbər verir ki, bunu Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən noyabrın 4-də qəbul edilən zaman bildirib.

Almaniyanın xarici işlər naziri ölkəsinin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və bu xüsusda Avropa İttifaqının dəstəyi ilə aparılan Brüssel platformasını dəstəklədiyini diqqətə çatdırıb. O, həmçinin Azərbaycanın üzləşdiyi humanitar mina probleminin aradan qaldırılmasına Almaniyanın kömək göstərməyə hazır olduğunu bildirib.