-
- 4-11-2023, 23:59
- 391
İran: Nəsrullah zarafatı xoşlamır, ciddi deyir...
İran Hizbullah hərəkatının baş katibi Həsən Nəsrullahın İsrailə xəbərdarlığını vaxtında və ciddi hesab edir.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri RİA-ya açıqlamasında İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Mahmud Abbaszadə Meşkini deyib.
“Həsən Nəsrullah çox vaxtında xəbərdarlıq edib. Nəsrullahın xəbərdarlığı ciddidir və o, heç kimlə zarafat etmir”, - Meşkini bildirib.
Qeyd edək ki, ötən gün Həsən Nəsrullah çıxışında İsrailə qarşı hərbi əməliyyatların Yaxın Şərq regionunda genişmiqyaslı müharibəyə çevrilə biləcəyini deyib.