Uşaq evlərindən birində azyaşlılara qarşı zorakılıq göstərilib
    • 6-11-2023, 10:35
    • 118

Uşaq evlərindən birində azyaşlılara qarşı zorakılıq göstərilib

Şida-Kartli bölgəsindəki uşaq evlərindən birində azyaşlılara qarşı qeyri-münasib rəftar və şiddət göstərilib.

News24.az xəbər verir ki, tərbiyəçilərin uşaqların başına vurduğu, qulaqlarını dartdığı və onlara qarşı alçaldıcı kəlimələrdən istifadə etdikləri ortaya çıxıb.

Azyaşlıların sözlərinə görə, bütün baş verənlər onların uşaq evində gündəlik qarşılaşdıqları vəziyyətdir.

Faktla bağlı artıq Cinayət Məcəlləsinin şiddəti nəzərdə tutan 126-cı maddəsi əsasında istintaq başladılıb.

Aynurə