Xocalıda qətlə yetirilən və yaralananların ekspertiza rəyləri açıqlandı
    • 6-11-2023, 11:00
    • 139

Xocalıda qətlə yetirilən və yaralananların ekspertiza rəyləri açıqlandı

Xocalı rayonunun Meşəli kəndində qətlə yetirilən azərbaycanlıların məhkəmə tibb ekspertiza rəyləri açıqlanıb.

News24.az-ın məlumatına görə, bu barədə bu gün Yasamal rayon məhkəməsində Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımda təqsirləndirilən erməni əsilli Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində sənədlərin tədqiqi zamanı bildirilib. Məhkəmə sənədlərinin tədqiqi zamanı açıqlanan məhkəmə tibb ekspertizasının rəylərində göstərilib ki, 23 dekabr 1992-ci il tarixdə Quliyev Qənimət, Quliyeva Ruba, Novruzova Rübabə və digərləri üzərində keçirilən müayinəyə görə, həmin şəxslər güllə yarasından dünyasını dəyişiblər. 

Samir Əli