Bakının mərkəzində ağır qəza: iki nəfər ölüb, iki nəfər xəsarət alıb - VİDEO
    • 1-04-2019, 12:29
    • 2 030

Bakının mərkəzində ağır qəza: iki nəfər ölüb, iki nəfər xəsarət alıb - VİDEO

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az ONA-ya istinadən xəbər verir ki, hadisə bu gün Mərkəzi Bankın qarşısında qeydə alınıb. Minik avtomobili dayanacaqda marşrut gözləyən qadını vurub. Daha sonra maşın avtobusa çırpılıb. Qəza nəticəsində qadın və minik avtomobilinin sürücüsü ölüb.

Səhiyyə Nazirliyindən ONA-nın sorğusuna cavab olaraq bildirilib ki, ölənlərdən başqa daha iki nəfər Klinik Tibbi Mərkəzə yerləşdirilib.