Suzukidən Bakıda uşaq evinə BÖYÜK JEST - FOTO
    • 6-11-2023, 15:20
    • 679

Suzukidən Bakıda uşaq evinə BÖYÜK JEST - FOTO

Ötən gün paytaxt Bakının ev sahibliyi etdiyi RİZİN-in “Landmark 7” beynəlxalq turnirində qalib olmuş, RİZİN kəmərinin sahibi Çihiro Suzuki Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağında uşaqlara baş çəkib. 

R TV xəbər verir ki, Suzuki öz qələbə sevincini Azərbaycanı tərk etməzdən öncə  xüsusi qayğıya ehtiyacı olan balacalarla paylaşmaq arzusunda olduğunu bildirib. 

Döyüşçü uşaqlarla birgə vaxt keçirib, onlara öz kiçik yaşlarından, döyüş həvəsindən, idmanın sağlamlıq üçün faydalılığından bəhs edib. Hətta azyaşlılarla döyüş simulyasiyası edib, onları əyləndirib. 

“Mənim uşaqlığım çox yoxsul keçib. Valideynlərim  məni zillətlə böyüdüblər. Ona görə də indi ehtiyacı olan insanlara əl tutmağı özümə mənəvi borc bilirəm”- deyə, Suzuki bildirib. 

İdmançı onlar üçün burada futbol meydançasını tikdirəcəyini söz verib. 

Ç.Suzuki: “ Bunu onun üçün edirəm ki, siz də böyüyəndə insanlara mərhəmət göstərəsiniz, onlara qayğınızı əsirgəməyəsiniz.” 

Sonda kəmər sahibi balacalarla xatirə şəkli çəkdirib.

Aslan Nadiroğlu