"Rizin" Kəmərinə Suzuki sahib oldu - FOTO / VİDEO
    • 4-11-2023, 22:38
    • 217

"Rizin" Kəmərinə Suzuki sahib oldu - FOTO / VİDEO

Paytaxt Bakıda keçirilən "Rizin" qranprisi başa çatdı. 

News24.az xəbər verir ki, gecənin 5 ən vacib döyüşlərində Tural Rəhimov, Mehman Məmmədov, Nəriman Abbasov, Tofiq Musayev və Vüqar Kərəmov iştirak ediblər. İlk döyüşdə Koreyalı  idmançı Kyung Pyo Kimə Tural Rəhimov məğlub olub. Daha sonra Qəfəsə Mehman Məmmədov daxil olaraq,Türkiyəli idmançı Ferit Göktepeni 3 raundluq ağır döyüşdən sonra məğlub edib. 

Gecənin 3-cü döyüşündə "Çingizxan" ləqəbli döyüşçümüz Nəriman Abbasov Rusiyalı idmançı Ali Abdulxəlilova məğlub olub. Yaponiyalı idmançı Koji Takeda isə İdmançımız Tofiq Musayevə müqavimət göstərə bilməyib. Kəmər döyüşündə isə qəfəsə daxil olan Chihiro Suzuki Azərbaycanlı idmançı Rizin kəmərinin sahibi olan Vüqar Kərəmova ilk raundda qalib gələrək,Rizin kəmərinə sahib olub.

Aslan Nadiroğlu