Nazir İsraili “barbar dövlət” adlandırdı
    • 6-11-2023, 15:45
    • 128

Nazir İsraili “barbar dövlət” adlandırdı

İranın xarici işlər naziri Hüseyn Əmir Abullahian İsraili “barbar dövlət” adlandırıb və onu nüvəsizləşdirməyə çağırıb. 

News24.az xəbər verir ki, o, X sosial şəbəkəsində (keçmiş Twitter) İsrail naziri Amichai Eliyahunun Qəzza zolağında nüvə silahından istifadə etmək təklifinə belə cavab verib.

“Sionist nazirin nüvə silahından istifadə ilə bağlı açıqlamaları İsrailin müqavimət qarşısında əsl uğursuzluğunu göstərir. BMT Təhlükəsizlik Şurası və Beynəlxalq Atom Enerjisi Agentliyi barbar aparteid dövlətinin nüvəsizləşdirilməsi üçün təcili tədbirlər görməlidir”, - Abullahian yazıb.

Aynurə