-
- 1-04-2019, 12:55
- 613
Xızıda 17 ədəd partlamamış hərbi sursat tapılıb - FOTO
Martın 31-də saat 18:29-da Daxili İşlər Nazirliyinin ″102″ XidmətiZəngmərkəzi sistemindən Agentliyə Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən News24.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Xızı rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Xızı rayon Polis Şöbəsinin əməkdaşlarıtərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib.
Təhlükəsizliyin təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 17 ədəd partlamamış hərbi sursat (PHS), 79 ədəd tərkibində heç bir partlayıcı maddə olmayan mərmilər vəqumbaralar aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partlamamış hərbi sursat (PHS) ətrafında 1,000 kv.m əraziyə yerüstü baxış keçirilib,əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. Ümumilikdə Agentlik tərəfindən 1 yanvar – 31 mart tarixlərində 72 siqnal (əməliyyat çağırışı) əsasında 64 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Qazax, Salyan, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Lənkəran, Naftalan şəhərləriərazisində 5 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına,dəmir yolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilib, 1,230 ədəd partlamamış hərbi sursat (PHS), 8 ədəd piyada əleyhinə mina və 4 ədəd tank əleyhinə mina zərərsizləşdirilmiş, 106,595 kv.m ərazi yerüstü və 7,472 kv.m ərazi yeraltı yoxlanılıb.