İsrail 2 gün vaxt verdi: döyüşlər başlayır
    • 7-11-2023, 10:46
    • 118

İsrail 2 gün vaxt verdi: döyüşlər başlayır

İsrail Müdafiə Qüvvələri 48 saat ərzində Qəzza şəhərində döyüşlərə başlamağa hazır olduğunu açıqlayıb. 

News24.az xəbər verir ki, bu barədə “Haaretz” məlumat yayıb

"İsrail Müdafiə Qüvvələrinin hesablamalarına görə, Qəzza zolağındakı qüvvələr 48 saat ərzində Qəzza şəhərini tamamilə mühasirəyə alacaq və döyüşə başlayacaq", - nəşr yazır.

Qeyd olunur ki, İsrail hakimiyyəti bu yolla HƏMAS döyüşçülərini tamamilə məhv etməyi, həmçinin onların tunellərini və hərbi obyektlərini məhv etməyi planlaşdırır. 

“İD hökumətin HƏMAS-ı məhv etmək məqsədinə nail olmağın mümkün olduğuna inanır, lakin bu, bir neçə aydan bir ilədək və ya daha çox vaxt aparacaq. Ərazini terrorçulardan təmizləmək üçün ehtiyatlı və nisbətən ləng hərəkət etmək lazımdır”, - nəşrin müəllifləri izah edirlər.

Ayşən