-
- 7-11-2023, 17:51
- 258
Dilan Polatdan sonra növbə onlardadır?
Dilan-Engin Polat cütlüyü həbs olundukdan sonra diqqətlər digər fenomenlər üzərinə çəkilib.
Vəkil Feyza Altun “Bu cütlüyü də araşdırmaq lazımdır” deyərək sosial media fenomeni, Dilan Polata bənzərliyi ilə diqqət çəkən və onu təqlid etdiyi deyilən Özlem Öz və həyat yoldaşı Tayyar Özün lüks həyatını gündəmə gətirib. Vəkil bildirib ki, Polat cütlüyündən sonra Öz cütlüyünün də mal varlığı araşdırılmalıdır.
Bundan sonra Özləm səhifəsindən 25-ə yaxın video silib.
Qeyd edək ki, Özlem Altınok Özün özünəməxsus gözəllik salonu və e-ticarət mağazası var.
Həyat yoldaşı Təyyar Özün isə şəxsi klinikası mövcuddur. Orada zəli terapiyası, dolğu və botoks kimi müxtəlif prosedurları icra edilir.