"Çelsi" Neymarın transferində maraqlıdır
    • 6-05-2023, 22:25
    • 315

"Çelsi" Neymarın transferində maraqlıdır

"Çelsi" PSJ-nin braziliyalı hücumçusu Neymarın transferində maraqlıdır.

News24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

İngiltərə klubunun sahibi Todd Boeli hücumçunun transferini parislilərin prezidenti Nasser Əl-Xelaifi ilə müzakirə edib.

Bununla belə, klub onun keçidinin mümkün olub-olmadığına əmin deyil.

“Digər problem futbolçunun dörd il üçün nəzərdə tutulmuş müqaviləsi ola bilər”, - nəşrdə bildirilir.

Qeyd edək ki, braziliyalı hücumçu 2017-ci ilin yayında PSJ-yə keçib. Bu mövsüm o, parislilərin heyətində 29 oyun keçirib və 18 qol vurub.