-
- 8-11-2023, 17:17
- 156
Efiopiyada yerli əhali arasında 18 nəfər öldü - SƏBƏB
Efiopiyada Fano silahlıları ilə yerli əhali arasında noyabrın 5-dən bəri fasilələrlə davam edən qarşıdurmalarda 18 nəfər həyatını itirib.
News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.
Fasilələrlə davam edən qarşıdurmalarda 30-dan çox adam yaralanıb.
Şahidlər qarşıdurmaların Fano silahlılarının yaşayış məntəqələrinə hücumundan sonra baş verdiyini iddia ediblər.
Qeyd edək ki, aprel ayında Amharada təhlükəsizlik qüvvələri ilə Fano yaraqlıları arasında toqquşmalar baş verib, sentyabrda baş verən toqquşmalarda 50-dən çox Fano silahlısı öldürülüb.
Ülkər Abdurahmanlı