-
- 9-11-2023, 11:44
- 181
Tramp: ABŞ dünyanın zibilxanasına çevrilib
ABŞ-nin keçmiş prezidenti Donald Tramp yaxınlaşmaqda olan üçüncü dünya müharibəsi ssenarisinə görə hazırkı dövlət başçısı Cozef Baydeni ittiham edib.
News24.az report-a istinadən xəbər verir ki, o, bu barədə Florida ştatında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ölkəni səriştəsiz insanlar təmsil etdiyinə görə ABŞ indi üçüncü dünya müharibəsinə öz tarixində heç vaxt olmadığı qədər yaxındır: "Biz bu ssenariyə heç vaxt olmadığı qədər yaxınıq. Bunun yeganə səbəbi bizmi yerimizdə səriştəsiz insanların olmasıdır".
D.Tramp qeyd edib ki, indi əsas vəzifə ABŞ-nin təhlükəsizliyinin təmin olunmasıdır: "Mən 4 il ərzində həm ölkəmizin, həm də İsrail və Ukraynanın təhlükəsizliyini təmin etdim. Mən dünyanı qorudum. Nə Şərqi Avropa, nə də Yaxın Şərqdəki hadisələr mənim hakimiyyətim dövründə baş verə bilməzdi".
Keçmiş prezident söyləyib ki, C.Baydenin dövründə ABŞ dünyanın zibilxanasına çevrilib.
Qeyd edək ki, D.Tramp əvvəllər də dəfələrlə C.Baydeni tənqid edib və onun altı yaşındakı uşaq ağlında olduğunu deyib.