-
- 10-11-2023, 22:59
- 381
General Zelenskini devirmək istəyir?
Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak Prezident Vladimir Zelenskinin Silahlı Qüvvələrin Ali Baş Komandanı Valeri Zalujnını əvəzləyəcəyi ilə bağlı iddianın əsaslı olub-olmaması ilə əlaqəli sualı cavablandırıb.
News24.az Teleqraf.com-a istinadən bildirir ki, Ukrayna rəsmisi bu barədə məlumatsız olduğunu iddia edir.
"Bu haqda eşitməmişəm, məndə belə bir məlumat yoxdur", - Yermak deyib.
Aparat rəhbəri Zelenski ilə Zalujnı arasında fikir birliyinin olub-olmaması sualına da cavab verib: "Başqa necə ola bilər?! Yalnız bir mövqemiz var - müharibədə qalib gəlmək. İntensiv işləyirik, müzakirələr aparırıq".
Zalujnının "The Economist" nəşrində dərc olunan məqaləsində Ukrayna-Rusiya müharibəsi ilə bağlı bəzi etirafları dilə gətirməsindən sonra Zelenski ilə münasibətlərinin pozulduğu iddiası yayılıb.
Ali Radanın deputatı Vladimir Aryev sosial şəbəkədə yazmışdı ki, müdafiə naziri Rüstəm Umarov Zalujnının azad edilməsi üçün Ali Baş Komandanlığın Qərargahına təqdimat verib. Paylaşım bu yöndəki müzakirələri qızışdırdıqdan sonra deputat qeydlərini silib.
Bəzi Qərb nəşrləri general Zalujnının Zelenskini əvəzləyə biləcəyini iddia edirlər.