-
- 13-11-2023, 23:35
- 383
Yalnız "kişiləri" öldürən virus AŞKARLANDI
Yaponiyada yalnız erkək tırtılları öldürən virus aşkar edilib.
News24.az xəbər verir ki, araşdırma zamanı virusun erkək tırtılları öldürmək üçün təkamül etdiyi müəyyən edilib.
Tədqiqatçı Misato Terao universitet terrasında tırtılların bitkiləri fərqli şəkildə gəmirdiyini görüb və bu tırtılları həşərat mütəxəssisi Yoşinori Şintaniyə aparıb. Şintani tırtılların dişi olduğunu müəyyənləşdirib. Bu dişi tırtılları erkək tırtıllarla cütləşdirən Şintani 13 nəsildən sonra belə bu tırtılların əksəriyyətinin dişi olduğunu və yalnız 3 erkək tırtılın sağ qaldığını müəyyən edib.
Şintani beləliklə həmin virusun yalnız "erkək qatili" olduğunu müəyyən edib.
Britaniyalı mütəxəssis bu virus sayəsində zərərli həşəratların sayının azalacağını düşünür.
Aynurə