-
- 14-11-2023, 10:45
- 219
Zelenski etiraf etdi: çətin vəziyyətdir
Ukrayna Prezidenti Vladimir Zelenski və Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı cəbhədəki ağır vəziyyətdən narahat olduqlarını bildiriblər.
News24.az xəbər verir ki, Ukrayna mətbuatının məlumatına görə, Ukrayna prezidenti vəziyyətin çətin olduğu 7 rayonu sadalayıb, o cümlədən Avdeevka, Baxmut, Kupyansk, Zaporojya, Xerson və s.
Zelenski qeyd edib ki, dünən o, hərbi və xarici kəşfiyyat rəhbərləri Kirill Budanov və Aleksandr Litvinenkonun hesabatlarını dinləyib. Ölkə başçısı məlumatların dəqiq nə olduğunu açıqlamayıb.
General Zalujni də öz növbəsində ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Çarlz Braunla telefon danışığında cəbhə xəttindəki vəziyyət barədə ətraflı danışıb. Bunu çətin bir vəziyyət kimi xarakterizə edib.
Eyni zamanda, generalın sözlərinə görə, Ukrayna silahlı qüvvələri müəyyən istiqamətlərdə hücumlarını davam etdirir və düşmənə xeyli canlı qüvvə və texnika itkisi verir.
Bunun fonunda “The Times” qəzeti Zalujnı ilə Zelenski arasındakı fərqlərdən yazıb. Nəşrin ukraynalı mənbələrinə görə, Zalujnı hesab edir ki, artıq hücumu dayandırmağın vaxtı çatıb və Ukrayna bütün diqqətini hazırkı cəbhə xəttini saxlamağa yönəltməlidir. Lakin Zelenskinin fikri fərqlidir. Qərb mətbuatının nəşrlərinə görə, Ukrayna prezidenti hərbçini gələcək seçkilərdə özünün əsas rəqibi hesab edir. Qərb, ehtimal ki, Zelenskinin praqmatik və balanslı münasibətini nəzərə alaraq, onu Zalujnı ilə əvəzləmək variantına daha çox meyllidir.
Ayşən