-
- 14-11-2023, 16:24
- 320
"Mahir Ay Brat" məhkəməyə gətirildi
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda qanunsuz narkotik vasitənin qanunsuz dövriyyəsində təqsirləndirilən meyxanaçı, "Mahir Ay Brat" ləqəbi ilə tanınan Mahir Qonşuyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
News24.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Dövlət tərəfindən təyin olunan vəkildən imtina ediib və yeni vəkillə müqavilə bağlayıb.
İş üzrə hazırlıq iclası başa çatıb və məhkəmə baxışı noyabrın 28-nə təyin edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi əməkdaşları Bakıda keçirdikləri əməliyyat zamanı Mahir Qonşuyev saxlanılıb. Onun üzərindən narkotik vasitə olan həb (metamfetamin) aşkar edilib.
Mahir Qonşuyevə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Samir Əli