-
- 13-11-2023, 12:50
- 206
Narkotik alverində təqsirləndirilən şəxs azadlığa buraxıldı
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik dövriyyəsində ittiham olunan Hüseyn Cabbarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm elan olunub. Məhkəmənin hökmü ilə Hüseyn Cabbarovun təqsiri sübuta yetirilmədiyi üçün ona bəraət verilib.
Qeyd edək ki, Hüseyn Cabbarova qarşı Cinayət Məcəlləsinin 234.4.3 və 234.4.1(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni əldə etmə və daşıma) maddəsi ilə ittiham verilib.
Samir Əli