Tbilisidə silahlı İNSİDENT: - Saxlanılan var
    • 14-11-2023, 23:00
    • 143

Tbilisidə silahlı İNSİDENT: - Saxlanılan var

Paytaxtın Jvaniya küçəsi ərazisində yerləşən uşaq bağçası yaxınlığında atışma olub.

News24.az xəbər verir ki, hadisə zamanı uşağını bağçaya qoyan valideyin digər bir şəxslə sözlü münaqişə yaşayıb.

Daha sonra isə münaqişə yaşadığı şəxs ona odlu silahdan atəş açaraq yaralayıb. Zərərçəkmiş xarici ölkə vətəndaşıdır. Bu mərhələdə hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil

Polis faktla bağlı Quram Elizbaraşvili adlı şəxsə qarşı istintaq başladıb. O, sağlamlığa qəsdən zərər vurmaq və qanunsuz odlu silah gəzdirməkdə ittiham edilir.

Aynurə