Həmkarı Netanyahunu təmkinli olmağa çağırdı:
    • 15-11-2023, 11:07
    • 113

Həmkarı Netanyahunu təmkinli olmağa çağırdı: "dünya sizi izləyir"

İsrail Baş naziri Benyamin Netanyahu kanadalı həmkarı Castin Trüdoya İsrailin Qəzzada qadınların, uşaqların və körpələrin öldürülməsinə son qoyması lazım olduğunu söylədiyi üçün etiraz edib.

News24.az xəbər verir ki, Kanada lideri İsraili Qəzzada HƏMAS-a qarşı mübarizə apararkən maksimum təmkin nümayiş etdirməyə çağırıb.

O bildirib ki, dünya baş verənləri izləyir.

“Həkimlərin, sağ qalanların, valideynlərini itirmiş uşaqların ifadələrini eşidirik. Dünya qadınların, uşaqların, körpələrin öldürülməsinin şahididir. Bu dayanmalıdır”, - Trüdo deyib.

Kanada baş nazirinə cavab olaraq Netanyahu söyləyib ki, qəsdən mülki insanları hədəf alan İsrail deyil, Holokostdan sonra yəhudilərə qarşı dəhşətli cinayətlər törədən, dinc insanların başlarını kəsən, yandıran və qətlə yetirən HƏMAS-dır.

“İkiqat müharibə cinayəti törətdiyinə görə məsuliyyət daşımalı olan İsrail deyil, HƏMAS-dır - mülki əhalinin arxasında gizlənərək mülki insanları hədəfə alır”, - Netanyahu qeyd edib.

Baş nazir əlavə edib ki, sivil qüvvələr HƏMAS-ın barbarlığını məğlub etməkdə İsraili dəstəkləməlidir.

Ayşən