Müdafiə naziri "Leonardo" şirkətinin məhsulları ilə TANIŞ OLDU - FOTO
    • 15-11-2023, 14:47
    • 156

Müdafiə naziri "Leonardo" şirkətinin məhsulları ilə TANIŞ OLDU - FOTO

Müdafiə Nazirliyinin rəhbər heyəti "Leonardo" şirkətinin məhsulları ilə tanış olub.

News24.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti "Dubai Airshow 2023" beynəlxalq sərgisində nümayiş etdirilən İtaliya Respublikasının "Leonardo" şirkətinin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.

Şirkətin rəhbəri ilə keçirilən görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi xüsusi vurğulanıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.