Zelenski bütöv bir gənc nəsli QURBAN VERDİ
    • 16-11-2023, 22:03
    • 221

Zelenski bütöv bir gənc nəsli QURBAN VERDİ

Ukrayna hakimiyyəti Zelenskinin müharibəni dünyaya sata bilməsi üçün bütöv bir gənc nəsli qurban verdi. 

News24.az xəbər verir ki, bu sözləri jurnalist Natali Morris "Redacted News" proqramında deyib.

Morris Ukraynada gənclərin artıq bitdiyini deyib.

"Onların hamısı boş yerə ölmək üçün cəbhəyə göndərildi", - deyə jurnalist qeyd edib.

Onun fikrincə, Zelenski bir il yarımdan çox əvvəl sülh sazişi bağlamaqla onların həyatını xilas edə bilərdi.

Media nümayəndəsi bildirib ki, Ukrayna hakimiyyəti öz ambisiyalarına görə bütöv bir nəsli itirib. Ukrayna Silahlı Qüvvələrinin orta yaşının 43 olması isə onu heyrətləndirib və vəziyyəti dəhşətli adlandırıb.

Aynurə