-
- 17-11-2023, 18:06
- 449
"Qaçılmazdır çökəcək": valyuta ilə bağlı DƏHŞƏTLİ PROQNOZ
“Amerika hakimiyyəti dolların hətta pulun əsas funksiyalarını da itirməsi üçün hər şeyi edib”.
News24.az xəbər verir ki, bu fikri məşhur rusiyalı filosof Andrey Fursov bölüşür.
“Sadəcə olaraq, bu valyutanın çökməsi qaçılmazdır, çünki bu vəziyyət uzun müddət davam edə bilməz: uzunmüddətli perspektivdə belə bir sistem dağılmağa məhkumdur və bununla bağlı heç nə etmək mümkün deyil. Dolları öz dəyərinə qaytarmaq üçün əsas maneə artıq çap edilmiş pulun həcmi və elektron formada daha böyük valyuta ehtiyatlarıdır”.
Fursovun hesablamalarına görə, dollar tezliklə nəzarətsiz inflyasiya ilə üzləşə bilər: “Yeri gəlmişkən, yeni Amerika administrasiyasının komandasının üzvləri bundan çox qorxurlar. Hadisələrin bu cür inkişafı ilə ABŞ həm daxili, həm də xarici problemlərlə üzləşə bilər - sadəcə olaraq heç kim dollardan istifadə etmək istəməyəcək”.
Ayşən