"Şagirdlərə pulsuz yemək veriləcəksə..." — AÇIQLAMA
    • 22-11-2023, 21:26
    • 226

"Şagirdlərə pulsuz yemək veriləcəksə..." — AÇIQLAMA

Milli Məclisdə məktəblərdə aşağı sinif şagirdlərinin və aztəminatlı ailələrin övladlarının yeməklə təmin olunması barədə səsləndirilən təklif məktəb buufetlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir.

News24.az xəbər verir ki, Azad İstehakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında deyib ki, məktəb bufetləri üçün standartlar var, müəyyən tələblərə riayət olunmalıdır:

“Şagirdlərə məktəblərdə pulsuz yemək veriləcəksə, həmin standartlar tətbiq olunmalıdır. Hesab edirəm ki, ayrıca qurum yaradılmalıdır və məktəblər mərkəzləşmiş qaydada qida ilə təmin edilməlidir. Bütün məsələlərə də bu qurum cavabdehlik daşımalıdır ki, həmin qidalardan istifadə zəhərlənməyə səbəb olmasın. Qida Təhlükəsizliyi Agentliyinin də həmin qurum üzərində nəzarət funksiyası təmin olunmalıdır. 

Əlbəttə, AQTA ilə bərabər ictimai nəzarət mexanizmi də qurulmalıdır, valideynlərə gündəlik məlumat verilməlidir. Lakin düşünmürəm ki, bu cür əhəmiyyətli təklif dəstəklənsin”.

Qeyd edək ki, Milli Məclisin iclasıda deputat İltizam Yusifov təklif edib ki, kiçik siniflərin şagirdləri və aztəminatlı ailələrin uşaqlarının məktəblərdə qidalanması dövlət hesabına həyata keçirilsin və buna nəzarət təmin olunsun.