"Xəbəri eşidən kimi ürəyi partlayıb, ölüb" - Yanğından sonra ölən şəxs haqda YENİ FAKTLAR
    • 23-11-2023, 16:33
    • 861

"Xəbəri eşidən kimi ürəyi partlayıb, ölüb" - Yanğından sonra ölən şəxs haqda YENİ FAKTLAR

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən dəhşətli yanğın nəticəsində bir nəfər ölüb, əraziyə cəlb olunan FHN işçiləri isə xəsarət alıblar.

News24.az xəbər verir ki, AZXEBER.COM yanğında vəfat edən şəxslə bağlı bəzi məlumatlar əldə edib.

Bu gün yanğında vəfat edən şəxs mərhum xalq artisti Ramiz Novruzun oğlu, tanınmış aktyor Cavidan Novruzun dayısıdır.

Hadisə ilə bağlı AZXEBER.COM-a danışan Cavidan Novruz məlumatı təsdiqləyib:

"Bəli, təəssüf ki, xəbər doğrudur. Vəfat edən şəxs mənim dayımdır. 3-cü dəfədir ki, başına belə iş gəlir, mağazası yanır. Bu dəfə artıq ürəyi dözmədi. Xəbəri eşidən kimi ürəyi partlayıb, ölüb. Artıq dəfn də olunub”.