-
- 4-04-2019, 19:42
- 818
Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır - Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov aprelin 4-də Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlər Kabinetinin mətbuat xidmətindən news24.az-a verilən məlumata görə, baş nazir Azərbaycan ilə Rusiya arasında dostluq və mehriban qonşuluq münasibətlərinin mövcud olduğunu bildirərək deyib: “Qarşılıqlı hörmət prinsiplərinə əsaslanan Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır və bütün sahələri əhatə edir. Əminəm ki, gələcəkdə bu əlaqələr daha da inkişaf edəcək”.
Novruz Məmmədov Bakıda keçirilən Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumunun önəmini vurğulayaraq bu Forumun, həmçinin nazir Denis Manturovun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin iqtisadi əlaqələrimizin daha da genişlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.
Azərbaycanda qeyri-neft sənaye sahələrinin davamlı inkişafına, sənaye sahəsində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsinə xüsusi diqqət göstərildiyini bildirən Baş nazir ölkəmizə yaradılan sənaye parkları, o cümlədən Pirallahı Sənaye Parkı barədə ətraflı məlumat verib.
Azərbaycana səfərindən, keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edən rusiyalı nazir aparılan müzakirələrin ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə təkan verəcəyinə inamını ifadə edib. Denis Manturov bildirib ki, ölkələrimiz arasında mövcud olan konstruktiv yanaşmalar əlverişli biznes mühitinin formalaşmasında önəmli platforma rolunu oynayır.
Söhbət zamanı neft-kimiya, maşınqayırma, aviasiya, əczaçılıq sahələrində əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb