İsmayıllıdakı qəzada xəsarət alanların son vəziyyəti AÇIQLANDI
    • 24-11-2023, 13:38
    • 128

İsmayıllıdakı qəzada xəsarət alanların son vəziyyəti AÇIQLANDI

Dünən İsmayıllıda baş verən ağır yol-nəqliyyat hadisəsi zaman xəsarət alanların son vəziyyəti açıqlanıb.

News24.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, İsmayıllı rayonunda baş verən qəza ilə əlaqədar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına 6 nəfər (cinsləri kişi olmaqla) yerləşdirilib.

Bildirilib ki, onlardan biri Azərbaycan, digərləri Hindistan vətəndaşlarıdır.

"Pasientlərdən birinin müayinə və müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta-ağırdır.

Digərlərinin isə müalicəsi Cərrahiyyə şöbəsində aparılır, vəziyyətləri orta-stabil qitymətləndirlir", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, noyabrın 23-də Bakı-Şamaxı-İsmayıllı yolunda "Mercedes Vito" aşıb, altı nəfər xəsarət alıb.