Türkiyədən sonra azərbaycanlı blogerlər... - VİDEO
    • 24-11-2023, 22:37
    • 301

Türkiyədən sonra azərbaycanlı blogerlər... - VİDEO

Son həftələr Türkiyədə fenomenlərin, blogerlərin mal varlığı,  lüks həyat tərzi və bu imkanları necə əldə etmələri gündəmdədir. 

Öncə Dilan və Engin Polat cütlüyü, sonra Nihal və Bahar Candan bacıları həbs edildi.  Bu adlar çirkli pulların yuyulması ittihamı ilə həbs olunduqdan sonra bütün gözlər digər sosial mediada dəbdəbəli həyatını əks etdirənlərə çevrildi. ABŞ-da yaşayan və gözəllik mərkəzlərinin sahibi Eylül Öztürk də “ABŞ-da 5 milyon dollar və 11 ev” iddiası ilə gündəmə gəldi. 

Bütün bu proseslər yaşanarkən ortaya bir sual çıxır. Bəs bizim fenomen-blogerlər necə bir həyat tərzi yaşayır? Onlar əsasən sosial mediada nələr paylaşır? 

News24.az bildirir ki, Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva daha çox səyahət və reklam paylaşımları edir. 

Blogerlər Ülvi-Fatimə cütlüyü daha çox reklam və səyahət videoları paylaşırlar. Onların dünyanın fərqli-fərqli yerlərini gəzərək lentə aldıqları görüntülər sosial media hesablarını bəzəyir. 

Bloger Aysel Şükür isə günlük həyat rutini, etdiyi səyahətlər və reklam xarakterli postlar paylaşır. 

Bloger Elmira Namazova isə əsasən xarici ölkələrə etdiyi səfərləri izləyiciləri ilə bölüşür. 

Bir müddət öncə Türkiyəyə köçən bloger Nagehan Abdullayeva daha çox “lifestyle” paylaşımlar edir.  

“Hemistyle”  kimi tanınan influser Həmidə Hacıyeva da daha çox reklam və life style” paylaşımlar edənlərdəndir.