-
- 25-11-2023, 11:23
- 308
Şahramanyan nələri etiraf etdi?
Qarabağdakı keçmiş separatçı rejimin "rəhbəri" Samvel Şahramanyan Ermənistan parlamentinin 44 günlük müharibənin şərtlərini araşdırmaq üzrə yaratdığı komissiyası iclasında bir sıra sualları cavablandırıb.
News24.az “Hraparak” qəzetinə istinadən xəbər verir ki, qondarma qurumun "rəhbəri" Samvel Şahramanyan qondarma rejimin ləğv ediləcəyi barədə "fərman" imzalaması barədə danışıb.
Şahramanyan qondarma qurumun digər "rəhbər" şəxslərinin harada olmasına da aydınlıq gətirib. O, keçmiş "rəhbər"lərin bir qisminin Rusiya sülhməramlılarının qərargahında, digər "rəsmi"lərin isə Karen Sarkisyanın iqamətgahında olduğunu bildirib.
Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı da danışan Şahramanyan bildirib ki, bu, səhlənkarlığın nəticəsində baş verən hadisədir.
Şahramanyan bundan sonra Ermənistanda siyasətlə məşğul olmayacağını bildirib.
Qumral