Tələbə qız sevgilisi tərəfindən... - DƏHŞƏTLİ HADİSƏ
    • 26-11-2023, 12:04
    • 283

Tələbə qız sevgilisi tərəfindən... - DƏHŞƏTLİ HADİSƏ

Romada 22 yaşlı tələbə Julia Çeketinin qətlindən sonra 500 mindən çox insan etiraz aksiyası keçirib.

News24.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Yürüşün təşkilatçısı “Not One Less” feminist hərəkatı olub. Yürüş Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü şərəfinə təşkil olunub.

Romada etirazçılar bir polis kordonunun müşayiəti ilə yürüş ediblər. Etiraz təşkilatçıları bu rəqəmin 500 min etirazçı olduğunu bildiriblər. 

Padua Universitetinin mühəndislik fakültəsinin tələbəsi Culya Çeketi sevgilisi Filippo Turettin qurbanı olub. Onun 2023-cü ilin noyabr ayının əvvəlində məzun olması planlaşdırılırdı. İstintaqın məlumatına görə, qız boyun və başından ən azı 20 bıçaq zərbəsi alıb./lent