Kəlbəcərdə maşın dərəyə aşdı: ölən var / VİDEO
    • 28-11-2023, 22:01
    • 154

Kəlbəcərdə maşın dərəyə aşdı: ölən var / VİDEO

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan News24.az-a bildirilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Yanşaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının hadisə yerində ilkin araşdırması zamanı məlum olub ki, 1969-cu il təvəllüdlü Kəlbəcər rayon sakini Adil Həsənov “Niva” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, maşın dərəyə aşıb.

Nəticədə xəsarət alan Adil Həsənov xəstəxanaya aparılarkən yolda ölüb.