Ukraynada deputatlar və məmurlar orduya səfərbər edilə bilərlər
    • 3-12-2023, 20:57
    • 258

Ukraynada deputatlar və məmurlar orduya səfərbər edilə bilərlər


Ukrayna deputatlarının və rəsmilərinin səfərbər edilməsi ilə bağlı petisiyaya baxılması üçün tələb olunan 25 min səs toplanıb.

Deputatların, hərbi qulluqçuların və ehtiyatda olanların səfərbərlik zamanı hərbi xidmətə çağırılmaması, görünür, ölkə vətəndaşlarını çox hiddətləndirib.

Müvafiq petisiya sentyabrın beşində Volodimir Zelenskinin saytında qeydə alınıb. Təşəbbüskar Ukrayna Ali Radasının deputatı, hazırda dövlətə xəyanətdə şübhəli bilinərək həbsdə olan Aleksandr Dubinski olub.