"Rusiya bundan sonra daha da gücləndi" - Lavrov
    • 11-12-2023, 11:34
    • 181

"Rusiya bundan sonra daha da gücləndi" - Lavrov

“Rusiya ABŞ-ın başlatdığı Ukrayna münaqişəsi nəticəsində, Napoleon Bonapart və Adolf Hitler üzərində qələbədən sonra güclənib”.

News24.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib

“XIX əsrin əvvəllərində Napoleon Rusiyaya hücum etmək üçün demək olar ki, bütün Avropanı topladı, biz onu məğlub etdik və sonra gücləndik. Ötən əsrin ortalarında Hitler də belə etdi. Avropa ölkələrinin əksəriyyətini Rusiyaya qarşı təcavüzə başlamaq üçün ram etdi. O da məğlub oldu və biz bu müharibədən sonra gücləndik”.

Onun sözlərinəm görə, ABŞ-ın Ukraynadan Rusiyaya qarşı istifadə edərək açdığı müharibənin nəticəsi artıq görünür. 

“Bu nəticəni sonradan kim hiss edəcək, odur ki, Rusiya artıq həmin hadisələrdən əvvəlkindən qat-qat güclənib və müharibə başa çatdıqdan sonra da belə olacaq”, - Lavrov əlavə edib.

Ayşən