Zahid Oruc: "Arzulayırıq ki, bu ilin sonunda amnistiya qərarı verilsin"
    • 12-12-2023, 11:30
    • 165

Zahid Oruc: "Arzulayırıq ki, bu ilin sonunda amnistiya qərarı verilsin"

"Hakimiyyətin və dövlətin bu istiqamətdə gördüyü işlər göz önündədir. Amnistiya və əfv qərarları ilə bağlı statistikaya nəzər salsaq görərik ki, indiyə qədər altmış doqquz əfv qərarı ilə doqquz minə yaxın insan azadlığına qovuşub. Dövlətin həmin məhkum edilmiş şəxsləri bağışlaması cəmiyyətə siz də bağışlayın” mesajının verilməsidir. Bu, islah etmənin ən yaxşı alətlərindən biri olub. Sözügedən proses 1998-ci ildən bu yana davam edir. Bəzən amnistiya bir ildə iki dəfə həyata keçirilir. O cümlədən bizim zəfər salnaməmizin qazanıldığı dövrdə ən böyüyü elan edilib.  O cümlədən on bir amnistiya qərarı ilə on minlərlə insan öz azadlıqlarına qovuşub. Bu, cəza sisteminin humanistləşməsi üçün də mühüm rol oynayıb”.

News24.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri, millət vəkili Zahid Oruc jurnalistlərə açıqlamasında bildirib. 

31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni  Təqvim ili fonunda belə bir addım atıla bilərmi? sualına Zahid Oruc belə cavab verib: "Bu, əlbəttə dövlətin kompetensiyasında olan bir məsələdir. Əfv komisssiyası bunun üzərində addım ata bilər. Lakin komissiyanın bir üzvü kimi fikir söyləmək subyektiv olar. Üzərimə o məsuliyyəti götürməyim doğru deyil. Biz komissiya olaraq ötən il 32-34 saat müzakirələr apardıq. İclaslarda əfvlə bağlı müzakirələr gedərkən komissiya üzvləri hər bir məhkumun işinə yüksək ədalət, balans, obyektivliklə baxılıb. Ona görə də biz bir fərd və insan olaraq arzulayırıq ki, belə qərarlar bu ilin sonunda da verilsin”.

Onun sözlərinə görə, xüsusilə qarşıdakı seçki ərəfəsində amnistiya qərarının verilməsi olduqca əhəmiyyətlidir.

“Qarşıdaklı seçkini zəfər seçkiləri adlandırırıqsa, bunun cəmiyyətdə humanazimi daha da gücləndirməsi, birliyə töhvə verməsi baxımdan olduqca əhəmiyyətlidir. Biz yeddi fevralı öz-özlüyündə buna qədərki seçkilər ilə eyni saymırıq. Bu, yalnız ölkənin birinci şəxsini müəyyənləşdirmir. Biz həm də buna deyirik ki, ölkəmizə qarşı uzun onillər boyu keçirilən xarici basqılar, təzyiqlər o cümlədən Ermənistanın işğalı və onların təxribatları fonunda 27 sentyabrda müharibə qərarını alarkən cəmiyyət və dövlət, millət və ordu hansı addımı atdısa, növbəti seçki də eyni xarakter daşıyır. Mən bunu seçki üstü bir hadisə hesab edirəm. Bu mənada hüquqi addmlar, amnistiya və əfv qərarları gerçəkdən də cəmiyyətdə ədaləti təmin etmiş olur. Eyni zamanda Vətəndaş həmrəyliyi və vətəndaş sülhünə xidmət edir”,- deyə o, fikrini yekunlaşdırıb.

Fərid