-
- 12-12-2023, 14:26
- 225
Kreml Navalnının harada olması ilə bağlı sualı cavablandırıb
Kreml həbsdə olan rusiyalı müxalif siyasətçi Aleksey Navalnının taleyini izləmək niyyətində deyil.
News24.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov müxalifətçinin harada olması ilə bağlı sualı belə cavablandırarkən deyib.
Onun sözlərinə görə, Kreml cəza çəkən siyasətçinin harada olduğunu bilmir.
“Xeyr, bizim məhbusların taleyini və onların müvafiq müəssisələrdə faktiki qalma prosesini izləmək niyyətimiz və imkanımız yoxdur”, - o bildirib.
Qeyd edək ki, Moskva Şəhər Məhkəməsi Navalnıya 19 il həbs cəzası verib.
Nəzrin