Yəhudilərə hücum etməyi planlaşdıranlar SAXLANILDI
    • 15-12-2023, 12:52
    • 125

Yəhudilərə hücum etməyi planlaşdıranlar SAXLANILDI

Almaniya, Danimarka və Hollandiyada dörd şübhəli HƏMAS üzvü də daxil olmaqla yeddi nəfər Avropadakı yəhudi institutlarına hücum planlaşdırmaqda şübhəli bilinərək həbs edilib. 

News24.az xəbər verir ki, bu barədə adıçəkilən üç ölkənin kütləvi informasiya vasitələri rəsmi məlumatlara istinadən məlumat yayıb.

Həbslər Qəzza zolağında Tsaxal və HƏMAS arasında silahlı toqquşmaların davam etdiyi bir vaxtda baş verib.

“Amerikanın Səsi” xəbər verir ki, şübhəli bilinən üç nəfər Berlində, biri isə Hollandiyada həbs edilib. Bildirilir ki, onların dördü də HƏMAS-ın uzun müddətdir üzvləridir və təşkilatın hərbi qanadının rəhbərliyi ilə sıx əlaqələri var. Eyni zamanda, HƏMAS nümayəndəsi həbs olunanların qruplaşma ilə əlaqəli olduğunu təkzib edib. 

İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatına görə, Danimarka “Həmasın Avropa torpaqlarında infrastrukturunu” üzə çıxarıb. Danimarka polisi bildirib ki, dünənki reydlər xarici partnyorlarla sıx əməkdaşlıq çərçivəsində həyata keçirilən və hücumları planlaşdıran şəbəkənin üzə çıxarılan araşdırmanın nəticəsidir.

Ayşən