"Nəfəsim kəsilmişdi, təcili yardım gəlməsəydi, ölmüşdüm" - VİDEO
    • 17-12-2023, 18:30
    • 480

"Nəfəsim kəsilmişdi, təcili yardım gəlməsəydi, ölmüşdüm" - VİDEO

"Vəziyyətimə baxın, bəxtəvərlik verməyin bizə. Toydan yarımçıq çıxmışam. Təcili yardım gəlməsəydi, ölmüşdüm".

News24.az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Lətafət Ələkbərova sosial şəbəkədə paylaşdığı videoda deyib. O, bütün bədəninin səpdiyini, lakin qızılca olmadığını bildirib:  

"Gözləyirik ki, allergiya sakitləşsin. Çünki artıq nəfəsim belə kəsilmişdi. Təcili tibbi yardım sağ olsun, 10 dəqiqə ərzində gəldi. Bütün bədənim bu vəziyyətdədir. Əvvəl qorxdum ki, qızılcadır, amma allergiya olduğumu dedilər".