Bakıda sərnişin taksi sürücüsünü bıçaqlayıb
    • 18-12-2023, 08:19
    • 156

Bakıda sərnişin taksi sürücüsünü bıçaqlayıb



Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Zığ qəsəbəsində baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Böyükxanlı Samir Maqsud oğlu idarə erdiyi avtomobili ilə sərnişini ünvana apararkən yolda onlar arasında mübahisə düşüb.

Hələlik ad və soyadı məlum olmayan 17 yaşlı müştəri taksi sürücüsünə bıçaq zərbələri vurub.

Yaralı yoldan keçən digər sürücülərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.