Cevdet Yılmaz Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini yad edib
    • 20-12-2023, 11:41
    • 160

Cevdet Yılmaz Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini yad edib

Azərbaycanda səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bu gün Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əkil qoyub.

News24.az “Report”a istinadla xəbər verir ki, daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.