"Seçki komissiyalarının işinə müdaxilə edənlər məsuliyyətə cəlb olunacaqlar"
    • 20-12-2023, 12:41
    • 370

"Seçki komissiyalarının işinə müdaxilə edənlər məsuliyyətə cəlb olunacaqlar"

Seçki komissiyalarının işinə müdaxilə edənlər cinayət və inzibati məsuliyyətə cəlb olunacaqlar.

News24.az xəbər verir ki, bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, bu prosesdə iştirak edən şəxslərin hüquqlarının qorunması qanunla da müəyyən edilib: “Vətəndaşların seçki hüquqlarının pozulması ilə bağlı qaydalar da müəyyən edilib”.