Goranboyda minik maşını aşıb, xəsarət alanlar var
    • 20-12-2023, 22:54
    • 194

Goranboyda minik maşını aşıb, xəsarət alanlar var


Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az APA-ya istinadla xəbər verir ki, hadisə Balakürd kəndinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.