-
- 21-12-2023, 11:16
- 181
Zaxarovadan Paşinyana mesaj: "Ümid edirik ki, dekabrın 25-də..."
“Ümid edirik ki, Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 25-də Sankt-Peterburqda keçiriləcək MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək və İrəvanla bütün məsələləri konstruktiv şəkildə həll etməyə hazırdır”.
News24.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Moskva Ermənistanla münasibətlərin müttəfiqlik xarakterini rəhbər tutur.
“Biz güman edirik ki, ER baş naziri Nikol Paşinyan RF prezidentinin dəvətindən istifadə edərək, Avrasiya Ali İqtisadi Şurasının sessiyasında və liderlərin ənənəvi bayramqabağı görüşündə iştirak etmək üçün dekabrın 25-26-da Sankt-Peterburqa gələcək. Orada bütün maraqlı məsələləri müzakirə etmək mümkün olacaq. Moskvada onlar Ermənistanla müttəfiqlik münasibətlərini rəhbər tuturlar və hər zaman sakit, peşəkar və tərəfdaşlıq mühitində ortaya çıxan bütün mövzuları müzakirə etməyə hazırdırlar”, - deyə diplomat vurğulayıb.
Qeyd edək ki, Zaxarova sülh müqaviləsinin müzakirəsi məqsədilə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin mümkün üçtərəfli görüşünün perspektivi barədə danışmaqdan çəkinib.
Ayşən