"Lənət" və "rəhmət" sənin hansı dünyaya düşəcəyinin paroludur
    • 25-12-2023, 15:08
    • 434

"Lənət" və "rəhmət" sənin hansı dünyaya düşəcəyinin paroludur

"Bizim müxtəlif xasiyyətimiz, müxtəlif taleyimiz vardı. Onun həyatı sual dolu həyat idi".

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova mərhum həmkarı İlhamə Quliyeva haqqında danışarkən deyib:

"Onun ifası çox xoşuma gəlir. Amma həyata baxışlarımız fərqli idi. Bəzi hərəkətləri ona baş ucalığı gətirmirdi. Mənə elə gəlir ki, Allah hər insana layiq olduğu payı verir. Həmişə ünvanıma deyirdi ki, "Bu niyə ölmür", "Niyə dili tutulmur". Çəkinən yeri mən idim. Qurban olduğum Allah öz bildiyini etdi. Bu dünyadakı "lənət" və "rəhmət" sənin hansı dünyaya düşəcəyinin paroludur. Həyat bumeranqdır. Əvvəl mənə deyirdilər ki, neçə ev dağıtmısan? Heç vaxt heç kimə o barədə pisliyim dəyməyib. Ancaq heç bir kişi məmnun olan ailədən getməz".