Ərini avtobusda sevgilisi ilə tutdu - VİDEO
    • 27-12-2023, 12:04
    • 730

Ərini avtobusda sevgilisi ilə tutdu - VİDEO

Türkiyənin Van bölgəsində 4 uşaq anası avtobusda üz-üzə gəldiyi həyat yoldaşının sevgilisi ilə əlbəyaxa dava edib.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ərinin arxasınca düşən qadın onun sevgilisinin mindiyi mikroavtobusa minib. 

Mikroavtobusda ərinin sevgilisini təhqir edən qadın əsəbini saxlaya bilməyib ona şillə vurub. Daha sonra isə onun saçından tutaraq yerə yıxıb. 

Sərnişinlər davaya müdaxilə etdikdə 4 övladı olduğunu deyən qadın mikroavtobusdan düşürülüb, əri və sevgilisi isə yoluna davam ediblər.