-
- 30-12-2023, 12:40
- 379
"Gələn il Cənubi Qafqazda mühüm hadisələr reallaşacaq" - iranlı politoloq
“ 2024-cü ildə Cənubi Qafqazda geosiyasi proseslər bir istiqamətdə inkişaf edəcək”.
News24.az xəbər verir ki, bu barədə iranlı politoloq Əli Səlami “168.am”a müsahibəsində bildirib.
“Çox güman ki, gələn il region ölkələrinin regionu ciddi xarici müdaxilə və təsirlərdən uzaq tuta bilib-bilməyəcəyi aydınlaşacaq. Qərb Ermənistanın vasitəsilə Cənubi Qafqaza nüfuz etməyə çalışır. Bu proses İranda narahatlıq doğurur. “3+3” istiqamətində diplomatik iş nə qədər gec olsa da, bu il İran, Rusiya və Türkiyə “3+3” layihəsini daha da fəal şəkildə irəli sürəcək. İran və Rusiya münasibətlərə dair yeni, böyük saziş hazırlayır, bu əlamətdar hadisədir, ümid edirik ki, gələn il yekunlaşacaq, əhəmiyyətli regional hadisəyə çevriləcək. 2024-cü ildə İranın iştirakı ilə Cənubi Qafqazda bir sıra mühüm hadisələrin baş verəcəyi gözlənilir”, - deyə o bildirib.
Ayşən